Nunatak (qren. nunataaq) — ətrafı buzla örtülü olan qayalı pik və ya təpə. Bu coğrafi obyekt buz örtüyünün və ya dağ buzlağının üzərinə çıxır. Nunataklar əsasən Qrenlandiya və Antarktida ərazisində yerləşir. Buzlaq zonasında bitki örtüyünün formalaşmasına imkan verir.
Vaxtı ilə buzlarla tam örtülən dağ zirvələri dairəvi formaya malik olur. Onların ifadə edilməsində bəzən islandiyalı dilində işlənən "nunakol"[1] (ing. Nunakol) sözü keçərlidir.
"Nunatak" sözü eskimos dilidən Qərbi Avropa dillərinə 1880-ci illərdə daxil olmuşdur.